Şimali Koreyada ABŞ-ı “məhv etməyə” çağıran kütləvi mitinqlər keçirilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Koreyanın dövlət mərkəzi xəbər agentliyinin məlumatına görə, KXDR-də sadə vətəndaşların və partiya liderlərinin iştirak etdiyi mitinqlər keçirilib. Məlumata görə, nümayiş zamanı ABŞ-ı “məhv etmək” və “imperialist heyvanlar” kimi mühakimə olunmaq çağırışları edilib.
Plakatların birində “İmperialist ABŞ dünyanın dağıdıcısıdır” yazılıb.
Mənbələrin məlumatına görə, Kim Çen Inın çıxış etdiyi Pxenyanda keçirilən mitinqə 120 min adam qatılıb. Çıxış edən Şimali Koreya hökumətinin üzvləri deyiblər ki, ölkə “ABŞ imperialistlərini cəzalandırmaq üçün ən güclü silaha sahibdir”.