Donald Tramp Ağ Evdə görüşdüyü Cənubi Koreyanın naziri Moon Jae ilə birgə mətbuat konfransı keçirib. Donald Tramp Ağ Evdə görüşdüyü Cənubi Koreyanın naziri Moon Jae ilə birgə mətbuat konfransı keçirib.
TİA.AZ xəbər verir ki, ABŞ prezidenti Şimali Koreyanı tənqid edib və dolayısı ilə müharibə siqnalı verib.
“Şimali Koreya rejiminə qarşı strateji səbir dönəmi uğursuz oldu. Doğru demək lazımdırsa, artıq səbir sona çatdı. Müttəfiqlərimizi və öz vətəndaşlarımızı Şimali Koreyadan qorumaq üçün diplomatik, təhlükəsizlik və iqtisadi tədbirlərlə bağlı Cənubi Koreya və Yaponiya ilə birgə çalışırıq”, – deyə o bildirib.
Tramp Şimali Koreyanın nüvə və ballistik raket proqramlarına sərt cavab veriləcəyini qeyd edib.