Şimali Koreya lideri Kim Çen Inın bu ay Rusiyaya səfər edəcəyi və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi irəli sürülüb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, ABŞ rəsmilərinə əsaslanan “The New York Times”ın məlumatına görə, Kimin Rusiya səfər ideyası Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyulun 26-da Pxenyana səfəri zamanı yaranıb.
Simali Koreya liderinin paytaxt Pxenyandan zirehli qatarla Rusiyanın Vladivostok şəhərinə gedəcəyini qeyd edən rəsmilər Kimin sentyabrın 10-13-də burada keçirilməsi planlaşdırılan Şərq İqtisadi Forumunda iştirak edəcəyini iddia ediblər.
Rəsmilər Kimin daha sonra Moskvaya gedə biləcəyini bildirərək, sözügedən təşkilatda Putinlə görüşəcəyini iddia ediblər, lakin bu hələ dəqiq deyil.
Putinin Kimdən ölkəsi üçün hərbi texnika göndərməsini istədiyini iddia edən rəsmilər Kimin Rusiyadan da nüvə enerjisi aldığını bildirib.