Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “əsas düşmən dövlət” elan etdi.
Tribunainfo.az TRT Haberə istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In bu bəyanatı sursat fabriklərinə baş çəkərkən verib.
Simali KoreyaOnun lideri həmçinin iki ölkə arasında pisləşən münasibətləri “dəyişikliyin yeni mərhələsi” və “qaçılmaz reallıq” kimi qiymətləndirib.
Kim Koreya yarımadasında böyük bir təktərəfli insident yaratmayacaqlarını bildirsə də, müharibədən qaçmaq niyyətində olmadıqlarını da əlavə edib.