ŞİMALİ KOREYA DA QURU SƏRHƏDLƏRİNİ AÇDI… QALDI AZƏRBAYCAN

ŞİMALİ KOREYA DA QURU SƏRHƏDLƏRİNİ AÇDI… QALDI AZƏRBAYCAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya pandemiya dövründən hələ də qapalı qalan quru sərhədlərini qismən açmaqla bağlı qərar qəbul edib.

Tibunainfo.az yazır ki, Şimali Koreyada artıq qatarla ölkəyə gediş-gəliş bərpa edilib.
Simali Koreyanın quru sərhədlərini açması ilə pandemiyadan sonra sərhədləri hələ də qapalı qalan yeganə ölkə Azərbaycandır. Hazırda dünyada quru sərhədləri bağlı olan ölkə yoxdur.
Quru sərhədlərinin hələ də bağlı saxlanılmasının səbəbi bəlli deyil. Ekspertlərin fikrincə, sərhədlərin qapalı saxlanılması üçün heç bir səbəb yoxdur.

Iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, iddia edirlər ki, guya, əhalinin yalnız üçdə biri quru sərhədindən istifadə edir. Bu, tamamilə absurd bir yanaşmadır. Bu, vətəndaşların konstitusion hüquqlarını pozmaqdır. Quru sərhədlər mütləq açılmalıdır, bu qadağanın rəsmi səbəb olan pandemiya ilə heç bir əlaqəsi yoxdur, digər məsələlər isə, sadəcə bəhanədir:

“Məqsəd daxili turizm obyektlərinin qazanc əldə etməsidirsə, bu da absurddur. O zaman bunun sirri nədir?! Əgər təhlükəsizlik tədbiridirsə, quru sərhədləri açıq olan sərhəd ölkələrin heç biri bizdən güclü deyil. Bu mövzuya məntiqi yekun vurulmalı və quru sərhədlər ən qısa zamanda açılmalıdır”.