Şimali Koreya bir həftə ərzində üçüncü dəfə qanadlı raketlər atdıbackend

Şimali Koreya bir həftə ərzində üçüncü dəfə qanadlı raketlər atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya yenidən öz qərb sahilindən bir neçə qanadlı raket buraxıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Səhər saat 7 radələrində buraxılışın qeydə alındığı dəqiqləşdirilir. Raketlərin sayı dəqiqləşdirilməyib. Cənubi Koreya ordusu ABŞ-la öz hərəkətlərini yaxından əlaqələndirərək monitorinqi gücləndirdiyini qeyd edib. Bu, bir həftə ərzində üçüncü qanadlı raketin buraxılışıdır.

Yanvarın 29-da KXDR “Pulhvasal-3-31” qanadlı raketlərini uğurla sınaqdan keçirib. Mənbələrin məlumatına görə, buraxılış sualtı qayıqdan həyata keçirilib.