Şimali Koreya yenidən öz qərb sahilindən bir neçə qanadlı raket buraxıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Səhər saat 7 radələrində buraxılışın qeydə alındığı dəqiqləşdirilir. Raketlərin sayı dəqiqləşdirilməyib. Cənubi Koreya ordusu ABŞ-la öz hərəkətlərini yaxından əlaqələndirərək monitorinqi gücləndirdiyini qeyd edib. Bu, bir həftə ərzində üçüncü qanadlı raketin buraxılışıdır.
Yanvarın 29-da KXDR “Pulhvasal-3-31” qanadlı raketlərini uğurla sınaqdan keçirib. Mənbələrin məlumatına görə, buraxılış sualtı qayıqdan həyata keçirilib.