Şimali Koreya ABŞ-ın Quam adalarına hücuma hazırlaşır.
Şimali Koreya ABŞ-ın Quam adalarına hücuma hazırlaşır.
TİA.AZ xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA informasiya yayıb.
Məlumatda Şimali Koreyanın Quam adalarını “Hvasonq-12” ballistik raketi ilə vuracağı qeyd olunub.
Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanı təhdid edərək, “Şimali Koreya nüvə təhdidini daha artırarsa, dünyanın görmədiyi alovu və dəhşəti görəcək”, – demişdi.