Şimali Amerikada İlk Henipavirusu tapıldı – PANDEMİYA…

Şimali Amerikada İlk Henipavirusu tapıldı – PANDEMİYA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər Camp Hill virusunun Alabama ştatında aşkar edildiyini açıqlayıb və bu, Şimali Amerikada aşkar edilən ilk henipavirus olub.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Henipaviruslar, Hendra və Nipah kimi virusların insanlarda və heyvanlarda ağır xəstəliklərə və yüksək ölüm nisbətlərinə səbəb olduğu bilinir. Bu kəşf, bu virusların əvvəllər düşünüldüyündən daha geniş qlobal yayılmasına malik ola biləcəyini göstərir.

Hendra virusu ilk dəfə Avstraliyanın Brisben şəhərində və xüsusilə Cənub-Şərqi Asiyada aşkarlanıbMalayziyavə Banqladeşdəki epidemiyalarda 40 faizdən 75 faizə qədər ölüm nisbətini bildirən Nipah virusu insanlar üçün böyük təhlükə yaradan henipaviruslara misaldır.

Kvinslend Universitetindən Dr Rhys Parry, Alabamada aparılan araşdırmada Şimali Amerikada Camp Hill virusunun təsbit edilməsinin çox əhəmiyyətli olduğunu ifadə edərək, bu kəşfin henipavirusların daha geniş bir coğrafiyada mövcud ola biləcəyini ortaya qoyduğunu vurğulayıb.

Camp Hill virusu,Kanadavə ABŞ-da geniş yayılmış şimal qısaquyruqlu siçanlarda tapılıb.

“Henipavirusların insanlara ötürülməsinə misal olaraq Çindəki Langya virusudur və bu virus siçanlardan insanlara keçib. Bu, siçanlardan insanlara keçmənin mümkün olduğunu göstərir”, – Dr. Parri bildirib.

 

Dəniz