ŞİMALA DOĞRU MÜHARİBƏ…QURU SƏRHƏDLƏR BU SƏBƏBDƏN AÇILMIR?

ŞİMALA DOĞRU MÜHARİBƏ…QURU SƏRHƏDLƏR BU SƏBƏBDƏN AÇILMIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görünür ki, təhlükəsizliklə bağlı ciddi məlumatlar var və bu səbəbdən quru sərhədlər açılmır. Çünki Prezident son müsahibəsində qeyd edib ki, sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir. Məncə, bu söz təsadüfən deyilməyib”.

Bu sözləri quru sərhədlərin bağlı qalması haqda “Müstəqil Həmkarlar” İB-nin həmtəsisçisi Fuad Əliyev söyləyib. Onun sözlərinə görə, quru sərhədlərin açılmaması sadə əhaliyə təsir edir, amma dövlət də xalqı bu məsələdə narazı salmaq istəməzdi: “Hər halda, əsas var və bu səbəbdən quru sərhədlər açılmır. Hansı hökumət 4 il əhalini qapatmaq istəyər? İnsanlar bəsit səbəblər göstərir, amma mənə elə gəlir ki, hakimiyyət real faktlara söykənir”.