Silahlı Qüvvələrdə siyasi partiya və QHT yaratmaq qadağan edildi – SƏRƏNCAM

Silahlı Qüvvələrdə siyasi partiya və QHT yaratmaq qadağan edildi – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə başçısı İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

TİA.AZ xəbər  verir ki, dəyişikliyə görə, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır”.
Prezident həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda da dəyişiklik edib.
Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

 

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır”.