“Hazıda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 35 vəzifəli şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib”.
TİA.AZ-ın xəbərinə görə, bunu baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, tikinti ilə bağlı 11, icra hakimiyyətləri ilə bağlı 5, bələdiyyələrlə bağlı isə bir neçə iş məhkəmələrə göndərilib:
“Banklarla bağlı 22 iş məhkəmələrə göndərilib”.