Şikayətçilər AAYDA-nı məhkəməyə verdibackend

Şikayətçilər AAYDA-nı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı məhkəməyə müraciətlərin sayı durmadan artır. Bu dəfə də daha 6 nəfər agentliyi məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, AAYDA ilə bağlı iddianı Alıyeva Turan, Nəsibova Natəvan, İsgəndərova İsmicahan, İsgəndərov Elxan, İsgəndərov Etibar və Əhmədov Murad İslam oğlu qaldırıb.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.

Agentliklə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 6 noyabr tarixində hakim Hökümə Babayevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovdur.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən İbrahim