Bakıda sığorta şirkətlərindən biri sürücüyə ziyan vurub. Ödəniş edib avtomobilini icbari sığorta etdirən şəxs radara düşüb.
Bakıda sığorta şirkətlərindən biri sürücüyə ziyan vurub. Ödəniş edib avtomobilini icbari sığorta etdirən şəxs radara düşüb. Hadisə Sabirabad sakininin başına gəlib. Aralarında müqavilə sənədi olmasına baxmayaraq sığorta şirkəti sürücüyə dəymiş 50 manat məbləğində ziyanı ödəməkdən boyun qaçırır.
Avtomobilini icbari sığorta etdirən şəxs 3 aydan sonra radara düşüb. Daha doğrusu sürücünün ünvanına sığortasının olmaması ilə bağlı elektron protokol gəlib.
Hadisə Sabirabad rayon Həşimxanlı kənd sakini Raiq Həsənovun başına gəlib. Sürücü iddia edir ki, bu ilin may ayında paytaxtın Səbail rayonunda sığorta şirkətlərindən birində avtomobilini icbari sığorta etdirib. Həmin şirkət tərəfindən sürücü Raiq Həsənova müqavilə sənədi də təqdim edilib.
Sürücü Raiq Həsənov həmin sığorta şirkətinin əməkdaşına bildirib ki, avtomobilinin sığortasının olmaması ilə bağlı elektron protakol Ələt-Hacıqabul yolunun 94-cü kilometirliyində tərtib edilib. Bu danışıqlardan təxminən 15-20 dəqiqə sonra sürücünün telefonuna ”sms” gəlib ki, artıq sizin sığortanız aktivdir.
Raiq Həsənovun avtomobilini sığorta etdirdiyi şirkətin ofisinə dəfələrlə zəng vursaq da telefona cavab verən olmadı. Bəs belə olduqda sürücüyə dəyən ziyanı kim ödəməlidir? Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, sürücü Raiq Həsənova maddi ilə yanaşı, həm də mənəvi ziyan dəyib. Sürücü həmin sığorta şirkətini məhkəməyə verməklə ona dəymiş ziyanı ödətdirə bilər.xezerxeber.az