Sığorta bazarının göstəriciləri açıqlandı

Sığorta bazarının göstəriciləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 663.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 224.1 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumatda deyilir.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin 11 ayı ərzində 504,2 milyon manat sığorta haqları toplanmış, 230,9 milyon manat sığorta ödənişləri həyata keçirilmişdi.

2018-ci ilin yanvar-noyabr ayları ərzində könüllü sığorta bazarı üzrə haqlar 485.3 mln. manat, ödənişlər isə 162.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 178.6 mln. manat, ödənişlər isə 61.7 mln. manat olub.

2018-ci ilin yanvar-noyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.1%-i  könüllü, 26.9%-i  isə icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72.5%-i könüllü, 27.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-noyabr ayları üzrə hesablanmış  sığorta haqları və sığorta ödənişləri haqqında M  Ə  L  U  M  A  T  (təcili məlumatlar əsasında)
(min manatla)
Sığortaçının adı  Sığorta Haqları Sığorta Ödənişləri
1 “Amrah Sığorta” ASC 585,5 83,4
2 “A-Qroup Sığorta Şirkəti” ASC 5 717,1 7 074,2
3 “AtaSığorta” ASC 20 444,0 9 411,2
4 “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 52 892,9 14 274,8
5 “Atəşgah” Sığorta Şirkəti ASC 33 725,7 18 482,0
6 “AXA MBASK” Sığorta Şirkəti ASC 17 463,8 8 827,5
7   Dövlət Sığorta Kommersiya Şirkəti 41 807,0 13 415,7
8 “Azərbaycan Sənaye Sığorta” ASC 7 656,3 2 106,7
9 “AZSIĞORTA” ASC 16 602,2 7 664,7
10 “Bakı Sığorta” ASC 865,2 191,1
11 “Günay Sığorta” ASC 5 661,5 3 049,0
12 “İpək Yolu Sığorta” ASC 16 573,8 970,8
13 “Meqa Sığorta” ASC 24 683,4 3 127,1
14 “Naxçıvansığorta” ASC 238,5 3,3
15 “Paşa Həyat Sığorta” ASC 244 736,5 67 300,2
16 “Paşa Sığorta” ASC 122 357,8 47 320,0
17 “Qala Həyat” Sığorta Şirkəti ASC 14 827,3 12 094,9
18 “Qala Sığorta” ASC 13 715,5 1 781,6
19 “Rəvan Sığorta” ASC 1 531,1 291,6
20 “Standard Insurance” ASC 12 261,9 3 321,4
21 “Xalq Sığorta” ASC 9 544,1 3 348,0
YEKUN 663 891,1 224 139,2

 

2018-ci ilin yanvar-noyabr ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında  məlumat (təcili məlumatlar əsasında) 

 

(min manatla)
Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
Könüllü sığortalar üzrə – cəmi: 485 320,3 162 417,9
 o cümlədən:    
Həyat sığortası üzrə, o cümlədən: 279 417,7 90 857,3
     həyatın yaşam sığortası 231 565,4 89 294,8
     həyatın ölüm halından sığortası 44 494,3 1 562,5
     əmək qabiliyyətinin sığortası 3 100,5 0,0
     sağalmaz xəstəliklərdən sığorta 257,5 0,0
     annuitet sığortası 0,0 0,0
Qeyri-həyat sığortası üzrə, o cümlədən 205 902,6 71 560,6
Şəxsi sığorta,  o cümlədən: 81 744,1 56 650,4
    tibbi sığorta 75 050,1 55 681,9
    xaricə səfər edən vətəndaşların sığortası 3 604,8 687,9
    fərdi qəza və xəstəlik sığortası 3 089,2 280,6
Əmlak sığortası, o cümlədən: 124 158,5 14 910,1
əmlakın sığortası,  o cümlədən: 103 161,4 13 062,0
     əmlakın yanğından və digər risklərdən sığortası 53 670,8 2 673,9
     avtonəqliyyat vasitələrinin sığortası 25 817,7 8 738,2
     hava nəqliyyatı vasitələrinin sığortası 10 185,7 246,5
     su nəqliyyat vasitələrinin sığortası 6 216,6 612,1
     yüklərin (nəqliyyat) sığortası 3 950,9 175,7
     kənd təsərrüfatı heyvanlarının sığortası 1 922,5 551,2
     kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 639,8 64,4
     dəmiryol nəqliyyatı vasitələrinin sığortası 92,1 0,0
     əmlakın sığortası ilə bağlı digər siniflər,  o cümlədən: 665,3 0,0
        – işçilərin dələduzluğu sığortası 618,9 0,0
        – pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 46,3 0,0
        – titul sığortası 0,0 0,0
mülki məsuliyyətin sığortası, o cümlədən: 20 907,1 1 848,1
       ümumi mülki məsuliyyətin sığortası 12 013,2 1 202,1
       hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 4 371,0 566,9
       peşə məsuliyyətinin sığortası 2 031,5 1,7
       avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 1 122,9 55,5
       işəgötürənin məsuliyyət sığortası 1 090,5 21,9
       su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 227,6 0,0
       yük daşıyanın mülki məsuliyyətinin sığortası 50,4 0,0
       dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0,0 0,0
       mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası 0,0 0,0
       hüquqi xərclərin sığortası 0,0 0,0
kredit sığortası, o cümlədən: 89,4 0,0
       kreditlərin sığortası 89,4 0,0
       ipoteka sığortası 0,0 0,0
qarışıq maliyyə risklərinin sığortası,  o cümlədən: 0,6 0,0
      əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta 0,0 0,0
      işin dayanması ilə bağlı risklərdən sığorta 0,6 0,0
İcbari sığortalar üzrə – cəmi: 178 570,8 61 721,3
 o cümlədən:    
Həyat sığortası üzrə 33 039,0 2 812,6
     İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
33 039,0 2 812,6
Qeyri-həyat sığortası üzrə, o cümlədən 145 531,8 58 908,7
      avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 88 417,0 48 622,2
      daşınmaz əmlakın icbari sığortası 27 000,3 3 610,0
       hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası 17 202,3 4 715,8
       məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası 12 412,4 1 895,7
      daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 270,3 65,0
      sərnişinlərin icbari fərdi qəza sığortası 100,6 0,0
     digər icbari sığorta növləri 128,9 0,0
YEKUN 663 891,1 224 139,2