“Siemens Səhmdar Cəmiyyəti Avtriya” şirkəti cərimələndibackend

“Siemens Səhmdar Cəmiyyəti Avtriya” şirkəti cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siemens Səhmdar Cəmiyyəti Avtriya” şirkətinin Azərbaycan nümayəndəliyi ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İş Nəsimi Rayon Məhkəməsindədir. 13 iyun tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.

Nigar