“An Epic Symphony” layihəsi çərçivəsində məşhur müğənni Sibel Can və klarnet ifaçısı Hüsnü Şenləndirici səhnəyə çıxıb.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Sibel Canın səhnə geyimi sosial mediada böyük əks-səda yaradıb.
Həmişəki üslubundan kənara çıxan sənətçinin qara, qabarıq və dərin dekolteli libası mənfi şərhlərə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri “Geyim fəlakətdir”, “Gördüyüm ən pis səhnə geyimi” və “Təcili olaraq modelyerini dəyişməlidir” kimi şərhlər yazıb.
Ceyran