“ShamkirChess 2019”: Bu gün Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşacaq

“ShamkirChess 2019”: Bu gün Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində bu gün II turun görüşlərikeçiriləcək.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşacaq. Hazırkı dünya çempionu Maqnus Karlsen isə məhz bu tituldan məhrum etdiyi Vişvanatan Anandla üz-üzə gələcək.

“ShamkirChess 2019”

II tur

Veselin Topalov (Bolqarıstan) – David Navara (Çexiya)

Dinq Liren (Çin) – Alekandr Qrişuk (Rusiya)

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Teymur Rəcəbov (Azərbaycan)

Maqnus Karlsen (Norveç) – Vişvanatan Anand (Hindistan)

Aniş Giri (Hollandiya) – Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, ilk turdan sonra şahmatçıların hər biri 0,5 xala malikdir. 9 turdan ibarət “ShamkirChess”ə aprelin 9-da yekun vurulacaq.