“SF Azerbaijan” BOKT məlumatları üçüncü şəxslərə ötürürmüş

“SF Azerbaijan” BOKT məlumatları üçüncü şəxslərə ötürürmüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “SF Azerbailan” BOKT-un İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 598.1.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə, vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Sözügedən BOKT-la bağlı işə 17 yanvar tarixində Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “SF Azerbaijan” BOKT MMC Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov, ev 179A hüquqi ünvanında qeydiyyata alınıb. BOKT-un qanuni təmsilçisi Fuad Muradov Cəlil oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən