Bodrumda yaşayan məşhur müğənni Zeynep Casalini İstanbulda alış-veriş edərkən mətbuat mənsubları tərəfindən görüntülənib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, jurnalistlərlə söhbət edən müğənni səmimi açıqlamalar verib.
Casalininin Sezen Aksunun həyatındakı əhəmiyyətini izah edərkən dediyi sözlər diqqət çəkib.
“Mən intihar haqqında düşündüm”, – deyən Casalini, “Uşaqlarım, nəvələrim və dostlarım var, bunu edə bilmədim, amma bu barədə çox ciddi düşündüm. Zəlzələlər və meşələrin qırılması kimi şeylər səbəbindən… Dünya Qəribə bir səhnə, biz buna yaxşı təsir edəcək heç bir şey edə bilmirik. Sezen məni bataqlıqdan çıxartdı. Çox sehrli insandır. Dediyimiz kimi, filmlərdə belə şeylər olur”.
Ceyran