Səyyar ASAN xidmət Çilov adasında

Səyyar ASAN xidmət Çilov adasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 sentyabr – “Neftçilər günü” münasibətilə SOCAR və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə tədbir keçirilib. Bu barədə TİA.AZ-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində Çilov adasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə səyyar “ASAN xidmət” təqdim edilib. Vətəndaşlar tədbir çərçivəsində şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də “Azəriqaz” İB-nin xidmətlərindən yararlanıblar.

Səyyar “ASAN xidmətin” həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.