Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik”backend

Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Elə bil onun ölümündə biz günahkarıq. Hamımız xəcalət çəkirik ki, ona kömək edə, yaşada bilmədik. Amma o kömək edərdi”.

Tribunainfo.az bildirir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin bacısı “Xəzər axşamı” verilişinə müsahibəsində deyib. Sənətçinin övladı Atabəy isə əkiz qardaşı Məhəmmədin məzarı önündə onun ölümündən danışıb:

“Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın 3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə “Səni mən çox axtarmışam” mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub”.

Qeyd edək ki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişib.