Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.
Bu barədə sənətçinin bacısı Səidə Əliyeva bildirib.
Onun sözlərinə görə, qardaşının vəziyyəti stabil ağır olaraq qalır:
“Pisliyə doğru getmir, yenilik də yoxdur. Süni komadan çıxarılmayıb”.