Şeyx Təmim Suriyaya rəsmi səfər edən ilk ərəb lideri oldu

Şeyx Təmim Suriyaya rəsmi səfər edən ilk ərəb lideri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Bəşər Əsədin devrilməsindən sonra Suriyaya rəsmi səfər edən ilk ərəb lideri olub.
 
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində ərəb Şeyxi Suriyanın lideri Əhməd əl-Şara tərəfindən qarşılanıb.

Hava limanında qarşılanma mərasimində Suriyanın baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Qəsrə və Qətərin Dəməşq səfirliyinin bir çox rəsmiləri də iştirak edib.

Qeyd edək ki, bir müddət öncə Suriyaya Türkiyə XİN rəhbəri Hakan Fidan gəlmişdi.