Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına münasibət bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına münasibət bildirib.
APA-nın xəbərinə görə, A. Paşazadə bildirib ki, ermənilər bu işə təxribat məqsədilə əl atıblar.
“Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur”, – şeyxülislam vurğulayıb.
A. Paşazadə qeyd edib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və bütün ermənilərin katolikosu II Qareginlə müzakirə olunacaq.