Seysmoloqdan zəlzələ ilə bağlı AÇIQLAMAbackend

Seysmoloqdan zəlzələ ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mil-Muğan iqtisadi rayonu maksimum 6-7 bal gücündə zəlzələlərin baş verə biləcəyi bir ərazidir. Zəlzələdən sonra xırda təkanlar baş verə bilər, amma qorxuya düşməyə ehtiyac yoxdur”. Bunu Referans.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru  Ənvər  Əliyev deyib.

Onun sözlərinə görə, 5 baldan yuxarı zəlzələlərdən sonra xırda titirəşimlərin olması normaldır:

“Həmin ərazilər ümumiyyətlə çökmə süxurlarla doludur. Mil-Muğan iqtisadi rayonu sanki kiçik Qafqazla böyük Qafqazzın arasında onların çöküntü süxurlarının yuyulub gəldiyi ərazidir. Araz çayı, Kür çayı, onun qolları yuyub  gətirib orada çökmə süxurlardan ibarət bir ərazi yaradıb. Ümumiyyətlə biz artıq Azərbaycan ərazisində baş verən zəlzələləri normal qarşılamalıyıq. O ərazi zatən 5-6 ballıq ərazilərdir. Elə bir qorxulu şey yoxdur”.