Ağstafanın icra başçısı Seymur Orucov deputat olmaq fikrinə düşsə də, yuxarı dairələr onu bu niyyətindən çəkindiriblər. Tribunainfo.az Orucova yaxın mənbələrə istinadən bildirir ki, icra başçısı postunu deputat mandatına dəyişmək üçün çox enerji sərf edib.
Belə ki, o, yuxarı dairələrdə özünə simsar adamlarla görüşərək, arzusunu ifadə edib. Lakin ona deyiblər ki, parlament seçkilərində iştirak onluq deyil. Bunu isə onunla izah ediblər ki, Ağstafa rayonuna başçılıq etdiyi müddət ərzində heç bir tutarlı fəaliyyəti olmayıb. Və bu faktın özü onun əleyhinə işləyir. Üstəlik, ondan narazılıq var.
Məlumata görə, Seymur Orucov aldığı bu cavabdan bərk pərt olub.