backend

Seymur Baycanın məktubunu oxudum, amma… – Tolik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun mənə ünvanlandığı açıq məktubu iki dəfə oxudum, amma heç bir şey başa düşə bilmədim. 

Onun mənə ünvanlandığı açıq məktubu iki dəfə oxudum, amma heç bir şey başa düşə bilmədim.

Bu sözləri prodüser Tolik (Tarix Əliyev) yazıçı Seymur Baycanın ona ünvanlandığı açıq məktub haqda Axar.az-a danışarkən deyib.

O, yazıçının nə etmək istədiyini anlamadığını bildirib:

“Məktub nə məqsədlə yazılıb, bilmədim. O vaxt həmin söhbət oldu, bitdi. İndi yenidən bu məsələni gündəmə gətirmək nəyə lazımdır? Yəqin ki, Seymur Baycan yeni çıxan kitabını reklam etmək üçün belə bir şey edib. O, 2-3 il əvvəl də mənə söz atmışdı. Eybi yox, ona heç nə demirəm, sadəcə, uğurlar arzulayıram”.

Xatırladaq ki, ötən il yazıçı Seymur Baycan yeni kitabını nəşr etdirmək üçün sponsor axtardığını bildirəndən sonra prodüser Tolik ona sponsorluq edəcəyini açıqlamışdı. Daha sonra Tolik Seymur Baycanın kitabda müxalif fikirlər yazacağı halda sponsor olmayacağını dedi. Bir müddət əvvəl isə Seymur Baycan Tolikə açıq məktub ünvanlayaraq, sponsor olmasa belə, kitabının nəşr olduğunu yazıb.