Misirli milyonçu həyat yoldaşından ayrılandan sonra yenidən keçmiş əri Acun Ilıcalı ilə barışdığı deyilən Şeyma Subaşı haqqında yazılanlara aydınlıq gətirib.
Tribunainfo.az yazır ki, sevgililəri ilə gündəmə gələn Şeyma Subaşı sonuncu ayrılığından sonra həyatında heç kəsin olmadığını bildirib. Qeyd edib ki, 4 aydır əli kiminsə əlinə dəymir:
“Dayanmadan haqqımda nələrsə yazılır. Sevgilim olduğunu deyirlər. Ancaq 4 aydır həyatımda heç kəs yoxdur. Əlimə heç kəsin əli dəyməyib. Sevgilim də yoxdur, dostum da yoxdur, danışdığım da yoxdur. İndi də bu haqda yazın ki, Şeyma təkdir, həyatında heç kəs yoxdur”.