“Seyidlik vəsiqəsi” alan seyiddən TƏRBİYƏSİZ HƏRƏKƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vəsiqəni internetdə kimin yaydığını bilmirəm. Bu barədə araşdırma aparılır”. 

“Vəsiqəni internetdə kimin yaydığını bilmirəm. Bu barədə araşdırma aparılır”.

Bu sözləri publika.aza açıqlamasında Seyid Ağa vəsiqəsi almaqla gündəmə gələn Elnur Tağıyev deyib.

O, vəsiqəni kimin yaymasının özünə də maraqlı olduğunu deyib: “Xəbərim yoxdur ki, bu vəsiqəni kim, necə, nə səbəbə, hansı məqsədlə yayıb. İstintaq aparılır. Kim edibsə, tapılacaq və cəzasını çəkəcək”.

Vəsiqəni əldə etmək məqsədinə gəldikdə, E.Tağıyev bunun üçün bir səbəbə ehtiyac olmadığını dedi: “Vəsiqə almaq üçün bir səbəb olmalıdır ki? Qəribə sual veririsiniz. Bu ilk hal deyil, fil qulağında yatmısınız. Bu xəbərlərin hamısını da rədd edin!”.

Sonrakı suallarımıza cavab verməkdən imtina edən E.Tağıyev “Cəhənnəm olun, rədd olun. Məni narahat etməyin bir də” deyərək, telefonu söndürüb.