“Mir Şəms” MMC-də operativ vergi nəzarəti həyata keçirilib.
Valyuta.az xəbər verir ki, nəzarət tədbiri üzrə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi barədə akt tərtib olunub.
Bu akta əsasən isə şirkətə 1000 manat maliyyə sanksiyası tətbiq edilib.
Tribunainfo.az yazır ki,
“Mir Şəms” MMC-nin əvvəlki rəhbəri Mirəli Həqizadə 12 il qabaq qətlə yetirilib.
Lakin hazırda şirkətə kimin başçılıq etdiyi bilinmir. Sadəcə, məlum olur ki, seyid adını daşıyır.