Şəxsiyyət vəsiqəsində qan qrupunun düzgün göstərilməməsi hansı fəsadlara yol açır ?

Şəxsiyyət vəsiqəsində qan qrupunun düzgün göstərilməməsi hansı fəsadlara yol açır ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəxsiyyət vəsiqəsində göstərilən qan qrupumuz sənəd aldığımız zaman səyyar olaraq təyin olunur. Bu qan qrupları adətən anti-qlobulin zərdabları ilə təyin edilir. Bəzən onlar tam olaraq düzgün olmur. İnsanların qan qruplarını yanlış bilməsi onların həyatında bəzi problemlərə yol aça bilər. Xüsusən də insanlara təcli qan lazım olduqda bu daha da təhlükəli xarakter daşıyır.
Bu barədə “Şərq”ə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun elmi işçisi Mahmud Mahmudov açıqladığı məlumatı şərh edərkən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
Onun qənaətincə, şəxsiyyət vəsiqələrində bəzi məlumatlar düzgün yazılmır:
”Bunlardan biri də qan qruplarımızın düzgün qeyd edilməməsidir. Bu, çox vacib bir məsələdir. Hər hasısa bir hadisə baş verərkən həmin şəxsin şəxsiyyət vəsiqəsinə baxmaqla onun qan qrupu müəyyən olunur. Ona uyğun olaraq da tibii yardım göstərmək mümkün olur. Əgər qan qrupu ilə bağlı verilən məlumat düzgün olmazsa, bu zaman həmin insana göstərilən ilkin tibbi yardım onun səhhətinə mənfi təsir göstər bilər.  Bu məsələdə məsuliyyət daşıyan qurumlar var.
Qan qrupunun müəyyən edilməsi tibb müəsisələri ilə bağlıdır. Tibb müəsisələrində qan qrupunun müəyyən edilməsi bəzi proseslər vasitəsi ilə həyata keçirilir. İnsanların qan qrupunu onları bəzi testlərdən keçirməklə müəyyən etmək olar. Mütəxəsisin bu fikiri söyləməsi adamı düşündürməyə məcbur edir. Bu məsələ ilə bağlı yanlışlıq baş verərsə, həmin yanlışlıq edən qrum çox asanlıqla müəyyənləşdirilə bilər.
Çünki qan qrupu ilə bağlı verilən arayış hansı müəssisədən verilir. Bununla da yanlış məlumat verən müəssisə tapılır. Onlar buna görə məsuliyyət daşıyır. Ikinci tərəfdən də Səhiyyə Nazirliyində qan qrupunun necə müəyyənləşdirilməsi ilə bağlı protokol var. Səhiyyə Nazirliyi də mütəxəsisin verdiyi fikirləri nəzərə almalıdır. Bütövlükdə bu proseslərə aydınlıq gətirməlidir. İddiaların nə dərəcədə düzgün olduğunu açıqlamalıdır. Mənə elə gəlir ki, məsələyə bir aydınlıq gətiriləcək. Bu eyni zamanda cəmiyyətdə inamsızlıq yaradan bir hal kimi qiymətləndirilə bilər. Qan qruplarının müəyyənləşməsi səhiyyə ilə bağlıdır”.
Qeyd edək ki, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudov deyib ki, bəzən hər hansı bir xəstənin qan qrupunu şəxsiyyət vəsiqəsindəki qan qrupu ilə uyğun gəlmir.