Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncamla 2019-cu ilin 1 yanvar tarixindən etibarən şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə dövlət rüsumu aşağıdakı məbləğdə olacaq:
14.3-2. Bu Qanunun 14.3-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə: | |
14.3-2.1. on gün müddətində verildikdə və ya dəyişdirildikdə |
4 manat |
14.3-2.2. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
20 manat |
14.3-2.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
25 manat |