Latviyanın xarici işlər naziri Krisjanis Karins istefa ərizəsini təqdim edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Latviyanın “Panorama” telekanalı X sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Onun bu vəzifədə son iş gününün aprelin 10-u olacağı bildirilir. Aprelin 11-də Latviya Seymi Xarici İşlər Nazirliyinin yeni rəhbərinin namizədliyini təsdiq edəcək.
“Baltnews” xəbər verir ki, siyasətçinin istefası şəxsi uçuşlarda dövlət vəsaitinin israf edilməsi ilə bağlı qalmaqalla əlaqələndirilib. XİN rəhbəri baş nazir Evika Silina ilə görüşdən sonra istefa qərarı verib.