“asancerime.info” dələduzların qurduğu yeni saytdır. Nazirliklərdəki İT komandasının üzvləri dataları belə dələduzlara satır.
Tribunainfo.az yazır ki, vətəndaş Samir Əfətli də belə dələduzların qurbanı olub.
“Reklamları bir çoxumuzun qarşısına çıxıb. Cəriməni indi ödə 40% endirim ediləcəkdir tipli mesaj verirlər. Əlbəttə kart məlumatlarını doldurub “ödə” düyməsinə basırsan. Qısa zaman kəsiyində kartındakı pulları çəkirlər. Məni maraqlandıran və yandıran o deyil. Sayta öz FİN kodumu yazdım, ad soyad ata adım qeyd edildi. Data hardandı bunlarda? Deməli bəlli nazirliklərdəki İT komandasının üzvlərinin əməlləridir də. Ümumiyyətlə bütün kibercinayətlər İT komandalarının əməlləridir. Başqa cür də mümkün deyil. Təəssüf ki, ölkənin bütün vətəndaşlarının məlumatları açıq havada “sərgilənməyə” açıqdır. Keçmiş olsun”.
Qeyd edək ki, bankların da dataları dələduzlara satması ilə bağlı şikayətlər artıb.