Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb.
Tribunainfo.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, icra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu. O, işdən çıxarıldıqdan sonra Hacıqabul rayonunda məktəblərin birinə direktor müavini təyin edilib.