“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı yanvar ayının 29-da Amerikanın San Fransisko şəhərində müəllifi olduğu “Trampın və Sevincin Amerikası” kitabının imza gününü keçirəcək. Kaliforniya Azərbaycan Mədəniyyət Evində baş tutacaq imza gününün təşkilatçısı da sözügedən təşkilatdır.
Tədbirə Kaliforniyada yaşayan azərbaycanlılar, habelə kitabda müsahibəsi yer alan şəxslər qatılacaq. İmza günündə eyni zamanda əməkdaşımızın çəkib hazırladığı “”Yeni Müsavat”la yeni Amerika” filmi də nümayiş etdiriləcək.
TİA.AZ