“Sevilya”nın baş məşqçisi “Qarabağ”ın futbolçusundan danışdı

“Sevilya”nın baş məşqçisi “Qarabağ”ın futbolçusundan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sevilya” klubunun baş məşqçisi Garsiya Pimyenta “Qarabağ”ın hücumçusu Olavio Juinyonun İspaniya təmsilçisinə mümkün keçidindən danışıb.

Tribunainfo.az xəbər verir ki, çalışdırıcı bu məsələyə növbəti ilin yanvar ayından sonra aydınlıq gələcəyini bildirib:

“O, “Qarabağ”da çox qol vurur. Lakin komandası ilə müqaviləsi var. Hazırda vacib oyunlarımız var. Tətildən qayıtdıqdan sonra bu barədə danışacağıq. Transferlərin qiymətləndirmək üçün bir ay vaxtımız olacaq. Hücum xəttini gücləndirməyə ehtiyacımız var”.