Uzun münasibətlərdə, müəyyən bir müddətdən sonra diqqətiniz həyatın adi axarında bir çox şeyə yönələ bilər. Bu, partnyorunuza verdiyiniz dəyəri azalda bilər. Beləliklə, münasibətlərinizi necə canlı saxlaya bilərsiniz?
Tribunainfo.az NTV-yə istinadən 3 əsas qanunu təqdim edir.
1- Partnerinizi və əlaqənizi həyatınızdakı ən əhəmiyyətli prioritetlər edin.
Bu, partnyorunuzun sizi təqdir etməsinə səbəb olacaq və bu münasibətlərinizə müsbət təsir göstərəcək.
2- Hərəkətlərinizə görə məsuliyyət daşıyın.
Bu vəziyyətə gətirən hərəkətləriniz üçün tam şəxsi məsuliyyəti üzərinizə götürün. Ən son kimin nəyisə edib-etmədiyinə əhəmiyyət verməyin.
3- Münasibətiniz üçün əlinizdən gələni edin. Partnerinizin
üzərinə düşəni etməsini gözləməyin. Şikayət etmək əvəzinə hərəkətə keçin və münasibətiniz üçün əlinizdən gələni edin.
Dəniz Pənahova