backend

Sevgilisinin baş dərisini qopardı, iti ilə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 yaşlı Zahari Ross rəfiqəsinin baş dərisini qoparıb və pitbul cinsindən olan itini onun üzərinə qısqırdıb.  

30 yaşlı Zahari Ross rəfiqəsinin baş dərisini qoparıb və pitbul cinsindən olan itini onun üzərinə qısqırdıb. 

Səbəb isə patoloji qısqanclıqdır.

O, qızı lağa qoyduqdan sonra bıçağı götürüb və rəfiqəsinin baş dərisini kəsib. Cinayətkar Merilinin (zərər çəkən) üzərinə qısqırdığı it qızın qulağını gəmirib.

Zahari sonda qızın dəri parçalarını toplayaraq paketə yerləşdirib və rəfiqəsinin anasının evi qarşısında qoyub. 

Qızı aşkarlayan kimi dərhal xəstəxanaya yerləşdiriblər. Xəsarətlərlə yanaşı onun burnu sındırılıb. Zaharinin rəfiqəsinin üzünə və qarnına zərbələr endirdiyi də məlum olub. 

Belə hərəkətə səbəb Zaharinin Merilin və övladını başqa kişi ilə bir kompaniyada sosial şəbəkədə görməsi olub.

Bununla belə 20 il müddətinə azadlıqdan məhrum edilən Zahari bütün günahın itdə olduğunu iddia edir. Guya pitbul Merilinə hücum edəb və o, rəfiqəsini qorumağa çalışıb. Lakin həkim rəyinə görə, qızın başındakı yaralar bıçaqla yetirilən xəsarətin izləridir. (interaztv)