Sevgilisini videolarla şantaj edən şəxs həbs edildi

Sevgilisini videolarla şantaj edən şəxs həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sevgilisinin intim görüntülərini sosial şəbəkədə yayan və qadından hədə-qorxu yolu ilə pul tələb edən şəxs həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Şəki rayonunun kəndlərindən birinin sakini 1994-cü il təvəllüdlü E.Vahabov cinayət məsuliyyətinə cəlb edilib.

Məlum olub ki, o, əvvəllər də oxşar cinayət əməli törədib və barəsində cinayət işi olmaqla axtarışa verilib. Axtarışda olduğu müddətdə restoranda başqa bir qadınla tanış olub və aralarında sevgi münasibəti yaranıb.

E.Vahabov həmin qadınla paytaxtdakı hotellərdən birində bir neçə dəfə görüşüb. Bu müddətdə o, gizli şəkildə qadını videoya çəkib. Daha sonra isə həmin görüntüləri instaqram sosial şəbəkəsində yerləşdirib.

Qadının tanışları həmin görüntüləri ona göndərərək yayılmış videolar barədə xəbər veriblər. Bundan sonra qadın E.Vahabova yazaraq bu əməllərinə son qoymasını tələb edib. O isə münasibətdə olduğu qadından 50 manat tələb edərək alıb. Kişi yenidən pul tələb etdikdə qadın polisə müraciət edib və faktla bağlı Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

Bir neçə gün əvvəl E.Vahabov həbs edilib. Həmçinin Xəzər Rayon Məhkəməsinin hökmü ilə ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.