Sevgilisini öldürən Könül ölkədən qaçarkən tutulubmuş

Sevgilisini öldürən Könül ölkədən qaçarkən tutulubmuş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətl törətməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Tribunainfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sevgilisi 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qətlinə görə həbs edilmiş şəxs Cinayət Məcəlləsinin 120.2.5, 120.2.9 və 178.2.4-cü (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi öldürmə və dələduzluq) maddələri ilə təqsirləndirilib.
Məlum olub ki, Könüllə Bahar 2008-ci ildən sevgi münasibətində olub. Daha sonra Könül dini nikahda yaşadığı qadını qətlə yetirərək evini və pensiya kartını ələ keçirmək qərarına gəlib.
O, 2022-ci ildə qadına məxsus evdə onu boğaraq öldürüb və meyitini həyətdə basdıraraq gizlədib. Könül Bahara məxsus evi 10 gün ərzində sataraq 32 min manatı ələ keçirib. Həmçinin 2 il müddətində onu itkin düşmüş şəxs kimi qələmə verərək pensiya kartından 7 min manata yaxın pul çıxararaq mənimsəyib.
2024-cü ildə Könül Baxşəliyev Naxçıvandan Türkiyəyə keçmək istəyərkən saxlanılıb və qətlin üstü açılıb. Qadının meyiti basdırıldığı yerdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Baxşəliyevə 19 il həbs cəzası verilib