Sevgilinizə, həyat yoldaşınıza bu sualları verməyin

Sevgilinizə, həyat yoldaşınıza bu sualları verməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər partnyorunuza bəzi suallar verməkdən çəkinməyi tövsiyə edir.

Tribunainfo.az NTV-yə istinadən həmin sualları təqdim edir.

Nə vaxtsa məni aldadacaqsan?

Belə bir suala hansı cavabı gözləyirsiniz? Eşitmək istədiyiniz cavab təbii ki, “Xeyr”dir, amma münasibətləriniz artıq yaxşı gedirsə, niyə belə bir sual verməyə ehtiyac hiss edirsiniz? Bu sual münasibətinizə və ya tərəfdaşınıza kifayət qədər etibar etmədiyinizi göstərə bilər.

Mən gözələm?

Tərəfdaşınız sözləri və hərəkətləri ilə tez-tez sizə çox gözəl olduğunuzu söyləyir və ya hiss etdirir, amma yenə də israrla soruşmaq istəyirsiniz. Tərəfdaşınızdan gözəlliyinizi ölçməsini və ya hətta başqaları ilə müqayisə etməsini istəmək onları narahat edə bilər.

Mən səndən əvvəl ölsəm, bir daha evlənəcəksənmi?

Ölüm mövzusu həmişə həssasdır. Ölüm və yas haqqında hər kəsin baxışı eyni olmaya bilər. Bu sual partnyorunuzu narahat edə bilər.

Mən sənin ən yaxşı sevgilinəm?

Partnyorunuzdan istədiyiniz cavabla qarşılaşdığınız zaman eyni hissləri yaşamaya bilərsiniz. Sevgiliniz sizə qarşı dürüst ola bilər və digər sevgililərdə bəyəndiyi bəzi xüsusiyyətləri sadalaya bilər. Bu vəziyyətdə özünüzü qeyri-kafi hiss etməyə başlaya bilərsiniz.

Problemin nədir? Bunu niyə edirsən?

Bu sual partnyorunuzda ciddi bir problem olduğunu hiss etdirə bilər. Günahlandırmaq əvəzinə, bəyənmədiyiniz və sizi narahat edən davranışı ifadə edin.

Niyə heç vaxt mənim istədiyimi etmirsən?

Günahlandırmaq və qınamaq həmişə münasibətləri məhv edir. Bu sual partnyorunuzu daha da narahat edəcək. Bu sualı fərqli ifadə etməyə çalışın. Öhdəliklərinizi yerinə yetirdiyinizə əmin olun.