“Sevgi rəssamların gözü ilə” -RƏSM SƏRGİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Xətai Sənət Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində “Sevgi rəssamların gözü ilə” adlı rəsm sərgi açılacaq. 

Bu gün Bakı Xətai Sənət Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində “Sevgi rəssamların gözü ilə” adlı rəsm sərgi açılacaq.

TİA.AZ xəbər verir ki,  Xətai Sənət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərovadır.
Xətai Sənət Mərkəzindən bildirilib ki, sərgidə müxtəlif yaş kateqoriyasına mənsub fırça ustalarının yalnız rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət janrlarında olan əsərləri nümayiş olunacaq. 
Ekspozisiyada 160 fırça ustasının 180-dək sənət əsəri sərgilənəcək. Hər janr üzrə I, II və III yerin qalibləri mükafatlandırılacaq.

İlahə