Sevdiyi oğlana görə 193 kiloqram arıqladı – FOTOLAR

Sevdiyi oğlana görə 193 kiloqram arıqladı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sevdiyi oğlana görə yüz doxsan üç kiloqram arıqladı.
Moderator.az xəbər verir ki, ABŞ-ın Oreqon ştatında yaşayan Amber Rachdi adlı qız uşaq yaşlarında kök olub. İyirmi dörd yaşında isə yaşıdlarına baxanda daha artıq çəkiyə malik olub. Çəkisi üç yüz kiloqrama çatanda isə artıq hərəkət etməkdə çətinlik çəkib. Ona hərəkət etməsi üçün ailəsi kömək edib.
Sevdiyi oğlanla bir yataqda yatmağa belə çətinlik çəkən gənc qız arıqlamağa qərar verir. Əməliyyat olunaraq arıqlamaq istəyən qızın həyatı üçün təhlükə olduğundan yaxınları buna etiraz edirlər. Amber isə qərarında israrlı olduğundan bir müddət sonra televiziyada “Mənim üç yüz kiloqramlıq həyatım” adlı verilişə qatılıb. Bundan sonra həkimlər onu əməliyyat etməyi qərara alıblar. Bir ay ərzində qırx kiloqram arıqlayan Amber sonradan yeməyini də azaldıb və idmanla məşğul olub. Ümumilikdə 193 kiloqram arıqlayan qızın yeni həyatı başlayıb.
TİA.AZ  fotoları təqdim edir.