Sevda Ələkbərzadə efirə çıxmamasının səbəbini açıqladı: “Fikirləşirəm, mənim o verilişdə nə işim var ki?”

Sevda Ələkbərzadə efirə çıxmamasının səbəbini açıqladı: “Fikirləşirəm, mənim o verilişdə nə işim var ki?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni Sevda Ələkbərzadə uzun müddətdir, efirə çıxmamasının səbəbini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki,müğənni bu barədə “ATV”də yayımlanan “10lar” verilişində danışıb.

“Çox nadir hallarda efirlərə çıxıram. Efirlərə məndən əvvəl dəvət edilən qonaqları görəndən sonra düşünürəm ki, o verilişə çıxmağa dəyməz. Görürəm ki, kimlərə sənətkar deyirlər, kimləri tərifləyirlər, sonra fikirləşirəm, mənim o verilişdə nə işim var ki? Səviyyəli verilişlərimiz də az deyil. Konsert öncəsi təbliğat kampaniyasına görə bəzi verilişlərə çıxacağam və artıq başlamışam”, – o bildirib.