Səudiyyədən daha bir qadağa – Həcc olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həcc ziyarəti mövsümünün başlaması ilə əlaqədar Qətər və Səudiyyə Ərəbistanı arasındakı gərginliyin artması gözlənilir. 

Həcc ziyarəti mövsümünün başlaması ilə əlaqədar Qətər və Səudiyyə Ərəbistanı arasındakı gərginliyin artması gözlənilir.

TİA.AZ xəbər verir ki, Qətər Həcc və Ümrə Nazirliyinin nümayəndəsi qətərli vətəndaşlardan üzr istəyərək bu il ziyarətin mümkün olmayacağı bildirilib. Lakin adı açıqlanmayan Qətər rəsmisi Əl-Cəzirəyə açıqlamasında bu il həcc ziyarətinin edilib-edilməyəcəyi barədə bir söz deməyib.

Digər tərəfdən Səudiyyə Ərəbistanı Divan məsləhətçi köməkçi Səud əl Kahtani sosial şəbəkədəki hesabında qətərli müsəlmanların istədikləri təqdirdə Həcc ziyarəti üçün gələ biləcəyini, amma Qətər rəhbərliyinin qəsdən buna mane olduğunu yazıb.

Qətərli nümayəndələr isə Səudiyyə Ərəbistanından verilən açıqlamanın sadəcə sözdə olduğunu deyib və Ər Riyad rəhbərliyini iş görməməkdə ittiham edib.