Səudiyyə Ərəbistanında Qadınlar Şurasının ilk iclasından çəkilmiş foto böyük marağa səbəb olub.
Səudiyyə Ərəbistanında Qadınlar Şurasının ilk iclasından çəkilmiş foto böyük marağa səbəb olub.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, iclas qadınların iştirakı olmadan 13 kişi ilə keçirilib.
BBC-nin xəbərinə görə, qadınlar başqa otaqda olublar və kişilərlə videogörüntü vasitəsilə əlaqə saxlayıblar.
Qadınlar Şurasının yaradılması təşəbbüsü isə Əl-Kassim əyalətinin qubernatoru, şahzadə Feysal bin Mişal bin Sauda məxsusdur: “Kassim regionunda biz qadınlara bacı kimi baxırıq. Qadınlara və qızlara daha çox imkanlar açmaqla bağlı üzərimizdə məsuliyyət hiss edirik”.