Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməyinə qoyulmuş qadağa ləğv olunub.
Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməyinə qoyulmuş qadağa ləğv olunub.
“Qafqazinfo”nun “The New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə kral Salman bin Əbdül Əziz Əl Saud fərman imzalayıb.
Qərar 2018-ci ilin iyununda qüvvəyə minəcək.
Qeyd olunur ki, kral fərmandan irəli gələn məsələlərin həlli üçün DİN, Maliyyə, Əmək və Sosial Təminat Nazirliklərinin nümayəndələrindən ibarət komissiyanın yaradılmasına dair göstəriş verib.
Nəşrin məlumatına görə, müvafiq sənəddə bildirilir ki, qadağa qərarı krallığın beynəlxalq nüfuzuna çox ciddi ziyan vurub