Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadını edam etdilər

Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadını edam etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadını edam ediblər.

Oxu.Az-ın “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, 29 yaşlı İsra Əl-Homqam hökumət əleyhinə etirazlarda iştirakına görə ölüm hökmünə məhkum edilib.

Qadın Katif şəhərində keçirilən nümayişdə iştirak etdikdən sonra həbs olunub. Son illərdə İsra Əl-Homqam Səudiyyə Ərəbistanından ölüm cəzası alan ilk qadındır.

Məhkəmə qərarı ilə avqustun 20-də İsra Əl-Homqamın başı kəsilib.